İsrail irqçi, aparteid rejiminə çevrilib - Çavuşoğlu
Tarix: 15-09-2019 21:04 | Bölmə: Dünya
İsrail irqçi, aparteid rejiminə çevrilib

“İsrail baş nazir Benyamin Netanyahunun gələn həftə keçiriləcək seçkilərdən sonra Qərbi Şəriyədəki əraziləri ilhaq etmək niyyətində olması İsrailin irqçi, aparteid rejiminə çevrildiyini göstərir”.

Reyting.az
"Anadolu” xəbər agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri bildirib.

Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bu gün Ciddə şəhərində keçirilən toplantısında qeyd edib: “Netanyahunun utancverici planı 17 sentyabr seçkiləri öncəsi səs qazanmaq cəhdidir”.

Türk nazir digər müsəlman ölkələrini məsələyə reaksiya vermədiklərinə görə tənqid edib: "İrqçi, aparteid rejiminə çevirilən İsrail, təcavüzkar siyasətini davam etdirir. Bütün müsəlman icması birlikdə reaksiya göstərsəydi, ABŞ və İsrailin ehtiyatsız planları, siyasəti və davranışı heç vaxt bu nöqtəyə çatmazdı".
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}