20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Pompeo iddiaları rədd etdi: “Hücumlar İraq ərazisindən olmayıb”
Tarix: 16-09-2019 19:26 | Bölmə: Dünya
Pompeo iddiaları rədd etdi: “Hücumlar İraq ərazisindən olmayıb”

ABŞ dövlət katibi Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumların İraq ərazisindən həyata keçirilmədiyini təsdiqləyib.

Reyting.az
“The Washington Post” nəşrinə istinadla xəbər verir ki, Mayk Pompeo İraq baş naziri Adil Əbdülmehdi ilə telefon danışığında ABŞ kəşfiyyatında neft obyektlərinə İraqdan hücum edilmədiyinə dair sübutların olduğunu bildirib.

Xatırladaq ki, “Middle East Eye” saytına açıqlamasında İraq kəşfiyyatının anonim əməkdaşı sentyabrın 14-də Ərəbistanın neft sənayesini iflic və xam neft hasilatını 2 dəfə azaltmağa məcbur edən həmlələrin İraqın cənubundakı “Haşdi-Şəabi” bazalarından havalanan İran dronları tərəfindən həyata keçirildiyini bildirib.

Kəşfiyyat rəsmisinin sözlərinə görə, bu, İsrail dronlarının zərbələrinin qisasıdır.

"Son hücumun iki səbəbi var: ABŞ-a və müttəfiqlərinə İranın mühasirəsi davam etdiyi müddətdə bölgədə sabitlik olmayacaq; İsrailin Suriyadakı SDF nəzarətindəki bölgələrdən İran tərəfdarı milislərin bazalarına PUA hücumlarına görə qisas".

İraq hökuməti Səudiyyə obyektlərinə PUA həmləsinin öz ərazisindən həyata keçirilməsini inkar edən bir bəyanat verməyə məcbur olub.

Baş nazirin mətbuat xidmətindən verilən açıqlamada deyilir: “İraq, Səudiyyə Ərəbistanının neft qurğularına pilotsuz uçuş aparatları ilə hücum üçün ərazilərinin istifadəsi barədə sosial mediada yayılan xəbərləri təkzib edir”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər