20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Xamnəi: “ABŞ-la danışıqların şərti var”
Tarix: 17-09-2019 10:46 | Bölmə: Dünya
Xamnəi: “ABŞ-la danışıqların şərti var”

“Bütün rəsmilər yekdilliklə ABŞ-la danışıqların olmayacağına inanırlar”.

Reyting.az
“Təsnim” agentliyinə istinadla xəbər verir ki, bunu İranın Ali lideri Ayətullah Xamnəi bildirib.

Bu gün keçirilən toplantıda o deyib:

“Əcnəbi hökumətlərə ümid edilməməli, başqaları ilə görüşlərə can atılmamalıdır. Əlbəttə ki, bu, dünya hökumətlərinə qapını bağlamaq mənası vermir”.

Ayətullah Xamnəi ABŞ-la danışıqlar məsələsinə toxunaraq qeyd edib: “Bəzən ön şərt olmadan, bəzən 12 şərtlə danışıqlar deyirlər. Bu hiylədir. Yolumuz aydındır və nə etdiyimizi bilirik... ABŞ geri çəkilib tövbə etsə və pozduğu nüvə müqaviləsinə qayıdarsa, İranla danışa bilər. Əks təqdirdə, İslam Respublikasının rəsmiləri ilə amerikalılar arasında nə Nyu-Yorkda, nə də onun xaricində heç bir səviyyədə danışıqlar olmayacaq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər