Müdafiə Nazirliyi İranı dron hücumunda ittiham etdi - Foto
Tarix: 18-09-2019 08:37 | Bölmə: Dünya
 Müdafiə Nazirliyi İranı dron hücumunda ittiham etdi

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi, "Saudi Aramco" obyektlərinə edilən son hücumlarda istifadə olunan İran silahlarını nümayiş etdirəcəyini bildirib.

Reyting.az
“əl-Ərəbiyyə”yə istinadla xəbər verir ki, nazirlik bu gün, sentyabrın 18-də mətbuat konfransı keçirəcəyini də bəyan edib.

Dövlət Departamentindən verilən məlumata görə, ABŞ Dövlət katibi Mayk Pompeonun Ciddə şəhərində neft obyektlərinə son hücumları müzakirə edəcəyi və bölgədəki İranın təcavüzünə qarşı yönəlmiş səyləri əlaqələndirəcəyi gözlənilir.

Xatırladaq ki, ötən həftəsonu dronlarla Səudiyyə Ərəbistanının neft obyektlərinə, o cümlədən dünyanın ən böyük Abqaiq bölgəsinə hücum edilib. Hücumlar nəticəsində neft bazarına gündəlik 5.7 milyon barel, yəni qlobal tədarükün təxminən 6 faizi qədər ziyan dəyib.

ABŞ-ın yüksək səviyyəli bir rəsmisi “CBS News”-a verdiyi açıqlamada dronların İranın cənubundan havaya qalxdığını bildirib.

 Müdafiə Nazirliyi İranı dron hücumunda ittiham etdi




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}