Tramp: “İranın təkliflərini dinləməyə hazıram”
Tarix: 23-09-2019 13:01 | Bölmə: Dünya
Tramp: “İranın təkliflərini dinləməyə hazıram”

ABŞ prezidenti Donald Tramp İranın Körfəz bölgəsini sabitləşdirmək üzrə təklifini eşitməyə hazır olduğunu bildirib.

Reyting.az
“Fars” agentliyinə istinadla xəbər verir ki, Həsən Ruhani ilə görüş barədə jurnalistlərin sualına cavab verən Tramp deyib: "Onunla görüşmək planlarım yoxdur, amma həmişə ehtiyat seçənəyim var. İstəklərini dinləməyə hazıram, amma görüş planlarım yoxdur".

Doald Tramp əlavə edib: “İranın böyük bir ölkəyə çevrilməsini istərdim. Çox istərdim ki, İran möhtəşəm və zəngin bir ölkəyə çevrilsin, çünki gözəl insanları var və səmimi desək, çox böyük potensiala malikdir".

Xatırladaq ki, Həsən Ruhani İran İslam Respublikasının Silahlı Qüvvələri qarşısında çıxışı zamanı BMT Baş Assambleyasında Fars körfəzində sülh planı təqdim edəcəyini açıqlayıb. Xarici işlər naziri Məhəmməd Cavad Zərif də bölgədə xarici iştirak olmadan təhlükəsizliyi təmin etmək məqsədi ilə əməkdaşlığı asanlaşdırmağı hədəfləyən "Hormuz Barışıq Səyləri / HOPE" layihəsinin varlığını açıqlayıb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}