"Trampla danışıqlara hazıram" - Maduro şərt irəli sürdü
Tarix: 23-09-2019 16:54 | Bölmə: Dünya
"Trampla danışıqlara hazıram" - Maduro şərt irəli sürdü

Venesuela prezidenti Nikolas Maduro ABŞ lideri Donald Trampın ölkəsinə qarşı siyasətini dəyişəcəyi təqdirdə onunla birbaşa danışıqlara razılıq verəcəyini söyləyib.

Bu barədə o, "Rossiya-24" telekanalına müsahibəsində bildirib.

"ABŞ prezidenti Donald Tramp Barak Obamadan miras qalmış Venesuelaya qarşı müharibə siyasətinin səhv olduğuna qərar verib, onu dəyişməyə qərar verərsə, dialoq, danışıqlar aparmağa hazır olardım. İlk növbədə hörmətə, xüsusən də ABŞ hökuməti və səlahiyyətləri ilə Venesuela hökuməti və səlahiyyətliləri arasında hörmətə əsaslanan münasibət yaratmağa çalışardım", - Venesuela prezidenti deyib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}