İraq Rusiyadan modern silah almaq niyyətindədir
Tarix: 24-09-2019 13:27 | Bölmə: Dünya
İraq Rusiyadan modern silah almaq niyyətindədir

İraq “Haşdi-Şəabi” qüvvələrinin rəhbəri, milli təhlükəsizlik müşaviri Faleh əl-Fəyyadın başçılıq etdiyi nümayəndə heyəti tezliklə Rusiyaya səfər edəcək.

Reyting.az
“Middle East News”-a istinadla xəbər verir ki, bunu İraq parlamentinin təhlükəsizlik və müdafiə komissarı Səran əl-Aacibi bildirib.

Onun sözlərinə görə, heyət mütəxəssislərdən və hava hücumundan müdafiə zabitlərindən ibarət olacaq.

Aacibi əlavə edib ki, səfərin məqsədi Rusiyadan modern hava hücumundan müdafiə sisteminin alınmasıdır.

"Rusiyaya səfərinin vaxtı hələ müəyyən edilməyib. Amma qrupa Faleh əl-Fəyyad rəhbərlik edəcək. Hərbi ekspertlər və bir qrup hava hücumundan müdafiə zabitləri danışıqlarda iştirak edəcəklər".




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}