Şimali Koreya liderinin Cənuba səfəri gözlənilir
Tarix: 25-09-2019 13:46 | Bölmə: Dünya
Şimali Koreya liderinin Cənuba səfəri gözlənilir

Cənubi Koreyanın kəşfiyyat xidməti, ABŞ-Şimali Koreya nüvə danışıqlarının gedişatından asılı olaraq, Kim Çen Inın ASEAN sammitində iştirak etmək üçün noyabr ayında Cənubi Koreyaya səfər edə biləcəyini açıqlayıb.

Reyting.az
“Yonhap”-a istinadla xəbər verir ki, rəsmi Seul Şimali Koreya liderini noyabrın 25-26-da Busan limanında keçiriləcək Cənub-Şərqi Asiya Millətləri (ASEAN) sammitinə dəvət etməyi planlaşdırır.

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inın bu il dördüncü görüşünün baş tutacağı gözlənilir.

Həmçinin, Vaşinqton və Pxenyanın yaxın iki-üç həftə ərzində işçi danışıqları bərpa edəcəyi ehtimalı var.

Şimali Koreya liderinin Çin prezidenti Si Zinpinlə görüşmək üçün yenidən Pekinə səfər edəcəyi də bildirilib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}