20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Kəşfiyyat Xidməti: generalı öldürmək istəyən qrup yaxalanıb - Foto
Tarix: 03-10-2019 16:07 | Bölmə: Dünya
Kəşfiyyat Xidməti: generalı öldürmək istəyən qrup yaxalanıb

“İsrail və ərəb dövlətlərinin xüsusi xidmətləri general Qasim Süleymaniyə sui-qəsd təşkil ediblər”.

Reyting.az
"Təsnim” agentliyinə istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Kəşfiyyat Xidmətinin rəhbəri Hüsen Taib bildirib.

İİKK komandirlərinin yığıncağında çıxış edən Taib deyib ki, terror aktı Məhərrəm ayının Tasua və Aşura mərasimləri keçirilən günlərdə baş tutmalı imiş.

Kəşfiyyat Xidməti rəhbərinin sözlərinə görə, terror aktını general Süleymaninin doğulduğu İranın Kerman bölgəsində həyata keçirmək istəyirmişlər.

Kəşfiyyat Xidməti: generalı öldürmək istəyən qrup yaxalanıb

Kəşfiyyat Xidmətinin rəhbəri bildirib ki, xarici təhlükəsizlik xidmətləri tərəfindən işə götürülən bir qrup terrorçu general-mayor Qasim Süleymaninin atasına məxsus hüseyniyyə (şiələrin anım mərasimləri üçün istifadə etdiyi tikili – red.) yaxınlığında bir ev almağı planlaşdırıb. Həmçinin, həmin yerə 350-500 kiloqram partlayıcı maddə aparmaq, hüseyniyyənin altına lağım atıb tunel qazmaq və general Süleymani, hər il olduğu kimi, yas mərasiminə gəldikdə, oranı partlatmaq niyyətində olublar.

H. Taib 3 terrorçudan ibarət komandanın ələ keçirildiyini bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər