20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Həbsdəki jurnalist yaxın vaxtlarda sərbəst buraxılmayacaq
Tarix: 05-10-2019 23:05 | Bölmə: Dünya
Həbsdəki jurnalist yaxın vaxtlarda sərbəst buraxılmayacaq

İran Xarici İşlər Nazirliyi Tehranda saxlanılan Rusiya vətəndaşı Yuliya Yuzikin yaxın vaxtlarda sərbəst buraxılması barədə məlumatı təsdiqləməyib.

Reyting.az
“TASS”-a istinadla xəbər verir ki, Rusiyanın İslam Respublikasındakı səfirliyinin mətbuat attaşesi Andrey Qanenko, səfirliyin nümayəndələri bu gün İran Xarici İşlər Nazirliyindən izahat istəyib.

Bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunan İranın Moskvadakı səfiri Mehdi Sənayi Tehranda saxlanılan jurnalist Y. Yuzikin İran hüquq-mühafizə orqanlarına ifadə verdiyini və tezliklə azad ediləcəyini söyləyib.

Qeyd edək ki, jurnalist Y. Yuzik şəxsi dəvətlə sentyabrın 29-da Tehrana yollanıb, lakin naməlum səbəblərə görə hava limanında pasportu əlindən alınıb. O, oktyabrın 2-də oteldə həbs olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər