07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Terrorçular Menbic istiqamətində geri çəkilir - Foto
Tarix: 09-10-2019 14:35 | Bölmə: Dünya
Terrorçular Menbic istiqamətində geri çəkilir

YPG-nin işğalı altında olan Menbiçdə xəndək və səngərlərdə terrorçulara rast gəlinmir.

Reyting.az
xəbər verir ki, YPG/PKK-nın 3 il əvvəl İŞİD-dən aldığı Menbic ətrafında qazılan xəndəklər və səngərlər hazırda boşdur.

Terrorçuların daha əvəllər bu mövqelərdə möhkəmlənməsinə baxmayaraq ABŞ əsgərlərinin Suriyanın şimalına çəkilməsindən sonra terrorçular xəndək və səngərlərdə görünmürlər.

Suriyanın Hələb şəhərinə bağlı olan Kobani və Zor Mağar kəndlərindəki mövqelər də terrorçulara rast gəlinmədiyi bildirilir.

Məlumata görə, Türk ordusunun əməliyyat siqnalından sonra səngər və tunellərdə qazma işlərini sürətləndirən YPG terrorçuları ABŞ əsgərlərinin bölgədən ayrılmasından sonra özləri də səngər və tunellərdən geri çəkilməyə başlayıb.

Qeyd edək ki, Türkiyənin təhlükəsizlik zonası yaratmağı planlaşdırdığı Menbic sərhəddi və Fəratın şərqində terrorçular tərəfindən xəndək və səngələrin qazılması müşahidə olunurdu.

Terrorçular Menbic istiqamətində geri çəkilir




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}