İsrail hərbçiləri hökuməti Suriya kürdlərinə kömək etməyə çağırıblar - Müraciət
Tarix: 13-10-2019 15:04 | Bölmə: Dünya
İsrail hərbçiləri hökuməti Suriya kürdlərinə kömək etməyə çağırıblar

İsrail ordusunun ehtiyatda olan hərbçiləri hökuməti Suriyaya hərbi və humanitar dəstək verməyə çağırıblar.

Reyting.az
“Jerusalem Post” qəzetinə istinadla xəbər verir ki, onlar baş nazir və müdafiə naziri olan Benyamin Netanyahuya və Baş Qərargah rəisi general-leytenant Aviv Koçaviyə məktub ünvanlayıblar.

Məktubda deyilir: "Biz israillilər və yəhudilər olaraq, müttəfiqləri tərəfindən tərk edilmiş və müdafiəsiz qalan başqa bir milləti görəndə boş dayanmamalıyıq. Dünya birliyi bir xalqı taleyin ixtiyarına buraxdıqda, nə baş verdiyini xalqımız çox yaxşı xatırlayır”.

Məktubu kapitandan tutmuş podpolkovnik rütbəsinə qədər olan onlarla rezervist imzalayıb.

Hərbçilər İsraili Suriyanın şimalındakı kürdlərə ərzaq, geyim, dərman, kəşfiyyat və hərbi yardım göstərməyə çağırıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}