20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İnterpol müxalifətçini həbs edərək ölkəsinə təhvil verib
Tarix: 14-10-2019 18:24 | Bölmə: Dünya
İnterpol müxalifətçini həbs edərək ölkəsinə təhvil verib

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) “Telegram”-dakı “Amadnews” kanalının direktoru Ruhullah Zəmin həbs olunduğunu elan edib. İİKK R. Zəmin "ağıllı kəşfiyyat əməliyyatı” ilə həbs olunduğunu bildirib.

Reyting.az
“Cafe Liberal”-a istinadla xəbər verir ki, Zəm 2009-cu ilin prezident seçkilərindən sonra tanınmış müxalifətçiyə çevrilib. O, İran ruhanisi Məhəmməd Əli Zəmin oğludur.
Ruhullah Zəm bir müddət İranda həbsdə olub, daha sonra Malayziyaya, oradan da Fransaya qaçıb.

İnqilab keşikçilərinin briqada generalı Hadi Şirzad iki həftə əvvəl Ruhullah Zəmin İnterpol vasitəsilə İrana təhvil verilməsini istədiklərini açıqlayıb.

Fransa mediasında aparılan araşdırmalara əsasən, polis Zəmi Paris yaxınlığında həbs edib və İrana təhvil verib.

İranın təhlükəsizlik orqanları ona qarşı bir sıra, o cümlədən Neft Nazirliyində işləyərkən korrupsiya ilə məşğul olması barədə ittiham irəli sürüb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər