“Playboy” modeli Xorvatiya prezidenti olmaq fikrindədir - Foto
Tarix: 15-10-2019 14:17 | Bölmə: Dünya
“Playboy” modeli Xorvatiya prezidenti olmaq fikrindədir

Keçmiş “Playboy” modeli, realiti-TV ulduzu və sənətçisi Ava Karabatiç 2020-ci ildə Xorvatiyada keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bildirib.

Reyting.az
“RT”-yə istinadla xəbər verir ki, 31 yaşlı keçmiş model bu bəyanatı “İnstaqram” hesabı və şəxsi bloqu vasitəsilə verib.

Onun platformasının əsas müddəaları ixracatın artırılması və idxalı azaltmaq, gənclərin məşğulluğu, Şengen bölgəsinə daxil olmaq və hamiləliyin 6 həftəsindən sonra abortların qadağan edilməsidir.

“Playboy” modeli Xorvatiya prezidenti olmaq fikrindədir

Seks işçilərinin təhlükəsizliyini təmin etmək və vergi gəlirlərini artırmaq üçün Ava Karabatiç fahişəliyi və marixuana istifadəsini qanuniləşdirməyi də planlaşdırır.

Eks-model bloqunda yazıb: "Mən prezidentliyə namizəd olacağım barədə qərar verdim. Siyasət mənim ikinci sevgimdir. Artıq ölkəmdə baş verən bütün pis hadisələrə laqeyd baxa bilmirəm”.

Karabatiç özünü "Xorvatiya Respublikasının prezidentliyi üçün mükəmməl bir seçim" olaraq səciyyələndirib və hazırki 51 yaşlı dövlət başçısı Kolinda Qrabar-Kitaroviçə sərt müxalif və güclü rəqib olacağını bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}