20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Gürcüstanın XİN başçısı: "Azərbaycanla mübahisəli məsələlərimiz yoxdur"
Tarix: 17-10-2019 19:19 | Bölmə: Dünya
Gürcüstanın XİN başçısı: "Azərbaycanla mübahisəli məsələlərimiz yoxdur"

"Gürcüstan və Azərbaycan arasında birgə sərhəd komissiyasının iclası Tbilisidə yaxın vaxtlarda keçiriləcək".

Bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani parlamentdə “nazir saatı” formatında çıxışı zamanı bildirib.

O qeyd edib ki, azərbaycanlı tərəfdaşlar bu görüşə hazırdırlar.

XİN başçısının sözlərinə görə, Gürcüstan üçün status-kvonun bərpa edilməsi bir nömrəli məsələ olacaq.

D.Zalkaliani əlavə edib ki, Keşikçi dağ məsələsi mübahisəli deyil, açıq məsələdir: "Bizim strateji tərəfdaşımız olan Azərbaycanla mübahisəli məsələlərimiz yoxdur".(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər