20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Ankaradan YPG/PYD-yə xəbərdarlıq: "35 saata ərazidən çıxmasanız, əməliyyat başlayacaq"
Tarix: 21-10-2019 11:36 | Bölmə: Dünya
Ankaradan YPG/PYD-yə xəbərdarlıq: "35 saata ərazidən çıxmasanız, əməliyyat başlayacaq"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu YPG/PYD terror qruplaşmasına xəbərdarlıq edib.

Reyting.az
xəbər verir ki, o, bu gün keçirilən “TRT World Forum” toplantıda terror qruplaşmasına ABŞ-la imzalanan 120 saatlıq atəşkəs müddəıtni xatıərladıb: "Artıq rerror qruplaşmasına verilən möhlətin başa çatımasına 35 saat qaldı. Bu müddətə onlar təhlükəsizlik bölgəsindən çıxmasa, yenidən əməliyyata başlayacağıq”.

Xatırladaq ki, Türkiyə ordusu oktyabrın 9-da Suriyanın şimalında "Barış Pınarı" əməliyyatına başlayıb. Oktyabrın 17-də isə ABŞ-ın vitse-prezidenti Maykl Pens Ankaraya gələrək, Ərdoğanla atəşkəsə razılaşıb. Razılaşmaya əsasən, əməliyyata 120 saat ara verilir və YPG/PYD bu müddət ərzində Türkiyənin tələb etdiyi əraziləri boşaltmalıdır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər