20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Şoyqu: “Türkiyənin əməliyyatı İŞİD-çilər üçün həbsxanaları müdafiəsiz qoyub”
Tarix: 21-10-2019 12:05 | Bölmə: Dünya
Şoyqu: “Türkiyənin əməliyyatı İŞİD-çilər üçün həbsxanaları müdafiəsiz qoyub”

“Türkiyənin Suriyadakı hərbi əməliyyatı İŞİD-çilərin əks-köçünü yarada bilər”.

Reyting.az
“ITAR-TASS”-a istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

Çində keçirilən forumun plenar iclasında nazir, Türkiyə ordusunun hərəkətləri nəticəsində 8 qaçqın düşərgəsi və xarici döyüşçülər üçün 12 həbsxananın müdafiəsiz qaldığını söyləyib.

Şoyqunun sözlərinə görə, terrorçuların çağırışlarına, onların ideologiyasına və təbliğatına qarşı çıxmaq üçün bütün dünyanın səylərini birləşdirməyə ehtiyac var. "Rusiya Müdafiə Nazirliyi Asiya-Sakit Okean bölgəsindəki tərəfdaşlarımızla bölüşməyə hazır olduğumuz bu sahədə geniş təcrübə toplayıb".

Nazir İŞİD-in Suriyada məğlubiyyətdən sonra "Cənub-Şərqi Asiyada mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirdiyini" və liderlərinin İndoneziya, Malayziya və Sinqapurun, habelə Filippin və Taylandın hissələrinin "xilafət"ə daxil olduğunu elan etdiklərini bildirib.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər