Sabiq prezident yıxıldı - Cimmi Karterin çanaq sümüyü sındı
Tarix: 22-10-2019 17:11 | Bölmə: Dünya
Sabiq prezident yıxıldı - Cimmi Karterin çanaq sümüyü sındı

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter çanaq sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib.

"Qazeta.Ru" xəbər verir ki, 95 yaşlı C.Karter Corciya ştatındakı evində yıxılıb.

Onun nümayəndəsi sınığın ölçüsünün kiçik olduğunu bildirib.

Qeyd olunur ki, C.Karterin əhval-ruhiyyəsi yaxşıdır və evə qayıtmağı gözləyir.

KİV sabiq prezidentin son aylarda üçüncü dəfə yıxıldığını vurğulayıb. Yazda C.Karter bud-çanaq oynağının dəyişdirilməsi üçün əməliyyat keçirib/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}