Etiraz aksiyasına 1.2 milyondan çox adam çıxıb - Video
Tarix: 26-10-2019 08:50 | Bölmə: Dünya
Etiraz aksiyasına 1.2 milyondan çox adam çıxıb

Oktyabrın 25-də Latın Amerikası ölkəsi Çilidə hökumət əleyhinə etirazlarda rekord vurulub. Virtualaz.org xarici KİV-lərə istinadla xəbər verir ki, paytaxt Santyaqo küçələrinə 1.2 milyondan çox adam çıxıb. Bu, Çili üçün bütün dövrlərin rekord rəqəmidir. Bundan əvvəl Santyaqo küçələrinə ən çox sayda adam 1988-ci ildə hakimiyyətin Auqusto Pinoçetin başçılıq etdiyi hərbi xuntadan mülki hökumətə keçməsini bayram etmək üçün çıxmışdı. Həmin vaxt nümayişçilərin sayı 1 milyona yaxın olub.

Rekod barədə Santyaqo meri Karla Rubilar bəyan edib. Onun sözlərinə görə, bu cür kütləvi mitinq “yeni Çilinin yaranmasının təsdiqidir”. Bu zaman mer etiraz aksiyasını tamamilə dinc yürüş kimi xarakterizə edib. Aksiyaçılar ölkədəki sosial-iqtisadi vəziyyətdən narazılıq edirlər.

Etiraz aksiyasına 1.2 milyondan çox adam çıxıb

Nümayişçilərin istefasını tələb etdiyi prezident Sebastyan Pinyera isə özünün Tvitter bloqunda bildirib ki, hakimiyyət insanların səsini eşitdi və ölkə “Allahın köməyi ilə yeni, daha yaxşı” inkişaf yoluna qədəm qoyacaq.

Çilidə etiraz aksiyaları oktyabrın əvvəllərində hakimiyyətin metroda gediş haqqını artırmasından sonra başlamışdı. Santyaqoda və digər iri şəhərlərdə nümayişçilər polislə toqquşmalara girib, komendant saatı elan olunub. 1400-dən çox adam həbs edilib. Buna baxmayaraq etirazlar getdikcə böyüməkdə idi və prezident məcbur olub gediş haqlarının artırılmasına dair qərarı ləğv etdi. Amma bu da çilililəri sakitləşdirmədi və indi onlar bütövlükdə hökumətin istefasını tələb edir.



Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər