Donald Tramp: "ABŞ ilə Çin arasında ticarət sövdələşməsi üçün yer axtarışı gedir"
Tarix: 31-10-2019 18:55 | Bölmə: Dünya
Donald Tramp: "ABŞ ilə Çin arasında ticarət sövdələşməsi üçün yer axtarışı gedir"

ABŞ ilə Çin hökumətləri imzalanacaq ticarət sazişinin 60%-ni əhatə edəcək sövdələşmənin birinci mərhələsini razılaşdırmaq üçün yer seçimilə məşğuldur.

Bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

“Çin ilə ABŞ ümumi sövdələşmənin 60 faizinə qədərini təşkil edəcək ticarət sazişinin birinci mərhələsini imzalamaq üçün Çilidəki APEC mətləbə dəxli olmayan məsələlər üzündən ləğv ediləndən sonra yeni yer seçməklə bağlı çalışırlar. Yeni yer tezliklə açıqlanacaq. Prezident Si Cinpinq və prezident Tramp imzalarını qoyacaqlar”, - D.Tramp qeyd edib/Report.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}