Bağdadinin bacısı da həbs edildi
Tarix: 05-11-2019 10:52 | Bölmə: Dünya
Bağdadinin bacısı da həbs edildi

Türkiyə hərbçiləri terrorçu İŞİD qruplaşmasının ötən ay öldürülən lideri Əbubəkr əl-Bağdadinin bacısı Rasmiya Avadı Suriyanın Azez şəhəri yaxınlığında saxlayıb.

TRT xəbər verir ki, 65 yaşlı Rasmiya Avad həyat yoldaşı, gəlini və 5 uşağı ilə birlikdə yaşadığı konteynerdə tutulub.

Türkiyənin adını açıqlamayan yüksək vəzifəli rəsmisi bildirib ki, R.Avadın tutulması kəşfiyyat baxımından “qızıl mədəni”dir: “Onun İŞİD haqqında bildikləri daha çox pis adamın tutulmasına yardım edəcək”.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib ki, Əl-Bağdadinin bacısının tutulması rəsmi Ankaranın terrora qarşı həyata keçirdiyi əməliyyatların uğurunun bir nümunəsidir.

Qeyd edək ki, İŞİD-in qurucusu sayılan Əbubəkir əl-Bağdadi oktyabrın 27-də Suriyanın İdlib əyalətinin Barişa kəndində ABŞ hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Əl-Bağdadi bir tuneldə mühasirəyə alınıb. O, bu zaman üzərindəki partlayıcını işə salıb. Nəticədə Bağdadinin özü, iki həyat yoldaşı və üç uşağı ölüb/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}