Ruhanidən ABŞ-a mesaj: "İran nüvə proqramı üzrə öhdəliklərinin azaldılmasına başlayır"
Tarix: 05-11-2019 15:51 | Bölmə: Dünya
Ruhanidən ABŞ-a mesaj: "İran nüvə proqramı üzrə öhdəliklərinin azaldılmasına başlayır"

Noyabrın 6-dan etibarən İran nüvə proqramı üzrə öhdəliklərinin azaldılmasının yeni mərhələsinə başlayır və Fordoda yerləşən obyektdə yeni sentrifuqaları istismara buraxacaq.

Reyting.az
İran KİV-nə istinadla xəbər verir ki, bu bəyanatla noyabrın 5-də ölkə Prezidenti Həsən Ruhani çıxış edib. Dövlət başçısı deyib: “Sabah İran nüvə proqramı üzrə öhdəliklərinin azaldılması üzrə dördüncü addımı atmağa başlayacaq. Yeni mərhələyə Fordoda sentrifuqalara qaz vurulması ilə start veriləcək”.

Həsən Ruhani əlavə edib ki, İran nüvə proqramının iştirakçılarına sazişin şərtlərinə qayıtmaq üçün iki ay vaxt verir. “”Öhdəliklərin azaldılmasına dair İranın atdığı bütün addımlar geri çəkilə bilər”, -deyə Prezident vurğulayıb.

2015-ci ildə ABŞ və Avropa ölkələri ilə imzalanmış sazişin şərtlərinə görə, İran Fordoda yerləşən sabit izotopların istehsalı obyektini modernləşdirməli idi. Nəzərdə tutulurdu ki, bu müəssisənin rekonstruksiyası onun hərbi məqsədlər üçün istifadəsinin qarşısını alacaq. Lakin Vaşinqtonun ötən ilin mayında sazişdən çıxmasından və Tehrana qarşı sanksiyalar tətbiqindən sonra İran da öhdəliklərini azaltmağa başlayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər