Trampın impiçmenti ilə bağlı məruzə üzrə səsvermə olacaq
Tarix: 01-12-2019 10:17 | Bölmə: Dünya
Trampın impiçmenti ilə bağlı məruzə üzrə səsvermə olacaq

ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyatı üzrə xüsusi komitəsi prezident Donald Trampın impiçmenti üzrə araşdırma ilə bağlı məruzəni dekabrın 2-də öyrənəcək.

Bu barədə "Politico" qəzeti bildirib.

Məlumata görə, növbəti gün bununla bağlı səsvermə keçiriləcək.

Gözlənildiyi kimi, sənədin öyrənilməsinin başlanğıcından bir sutkadan sonra komitədə əksəriyyətə malik olan demokratlar hesabatı dəstəkləyəcəklər. Qəzetin məlumatına görə, bu, prosesdə əhəmiyyətli addım olacaq.

Qeyd edilir ki, məruzə sonra Hüquq komitəsinə göndəriləcək. Dekabrın 4-də isə impiçment proseduru çərçivəsində dinləmələr keçiriləcək/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}