Budapeşt: “Bu təxribatı xarakterizə etmək mümkün deyil”
Tarix: 28-02-2023 22:38 | Bölmə: Dünya
Budapeşt: “Bu təxribatı xarakterizə etmək mümkün deyil”

Macarıstan Xarici İşlər Nazirliyi ukraynalıların məhv edilməsinə dəstək vermələri ilə bağlı ittihamaları açıq təxribat adlandırıb.

Reyting.az
MTI agentliyinə istinadla bildirir ki, bu barədə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin nümayəndəsi Mate Pasolai açıqlama verib.

O, Ukrayna XİN başçısının müavini Yevgeni Perebiynis tərəfindən Macarıstanın guya “ukrayna millətinin məhv edilməsini dəstəkləməsi” ilə bağlı səsləndirilən ittihamları açıq-aydın təxribat adlandırıb:

“Bu, elə bir üslubda irəli sürülən təxribatçı ittihamdır ki, onu xarakterizə etmək belə mümkün deyil”.

O, qeyd edib ki, Macarıstan tərəfi heç kimə ölkəni münaqişəyə cəlb etməyə imkan verməyəcək və Budapeşt atəşin kəsilməsinə və sülh danışıqlarının başlanmasına çağırışlarını davam etdirir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər