18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Zəlzələ anbarı və ərazini iki yerə ayırıb: "Qiyamətin gəldiyini düşündük” - Fotolar
Tarix: 01-03-2023 12:53 | Bölmə: Dünya
Zəlzələ anbarı və ərazini iki yerə ayırıb: "Qiyamətin gəldiyini düşündük”

"Əsrin fəlakəti" hesab olunan Türkiyədəki zəlzələnin vurduğu zərərlər, törətdiyi dəhşətlərin təsirləri qorxunc mənzərə yaradır.

Reyting.az
xəbər verir ki, zəlzələ Hatayın Madenboyu kəndində bir fermer təsərrüfatındakı anbar və əkin sahəsini iki yerə bölüb.

Ərazidə yaranan dərin yarğanlar anbarda olan əşya və texnikanı da sanki "udub".

Hadisə ilə bağlı Türkiyə mətbuatına açıqlama verən təsərrüfat sahibi Əmir Bozqurta kartofçuluqla məşğul olduğunu deyib.

Onun sözlərinə görə, zəlzələ sahibi olduğu ərazidə dərin yarğanlar açıb: "Zəlzələ vaxtı namaz qılmaq üçün dəstəmaz alırdım. Bir titrəmə hiss etdim. Bunun qısamüddətli olduğunu düşündüm. Sonradan zəlzələnin şiddəti artmağa davam edəndə ailəmi götürüb çölə qaçdım. Güclü yağış yağmağa başladı, yeraltı təkanlar dayanmadı, fay xətti keçdiyi üçün sahəmdə torpaq çökdü, ərazimdə uzun dərin yarğanlar yarandı, sanki nəsə torpağın üst qatnı yerin altına çəkirdi. Bir anlıq qiyamətin gəldiyini düşündüm. Dəhşətli anlar idi...".

Təsərrüfat sahibi deyib ki, yarğan depo kimi istifadə etdiyi anbarı da çökdürüb: "Orada olan texnika və avadanlıqlarım yararsız hala düşüb".

AZƏR
Reyting.az








Bölməyə aid digər xəbərlər
bütün xəbərlər