18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ərdoğan rəqiblərinə mesaj yollayıb: "Mayın 14-də cavabınız veriləcək"
Tarix: 01-03-2023 13:41 | Bölmə: Dünya
Ərdoğan rəqiblərinə mesaj yollayıb: "Mayın 14-də cavabınız veriləcək"

Mayın 14-də nəzərdə tutulan parlament və prezident seçkilərinin vaxtı dəyişməyəcək.

Reyting.az
TRT-yə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Ərdoğan AK Partiyanın toplantısında çıxış edərkən deyib.

O, ölkədəki zəlzələnin normal proses olmadığını sözlərinə əlavə edərək bildirib ki, kənardan durub danışmaq asandır: "Amma bu gün Türkiyə həqiqətən zəlzələ fırtınası ilə üz-üzədir. Baxın, fevralın 6-dan bu yana ölkəmizdə 11 minə yaxın silkələnmə baş verib. Bəziləri də keçib kamera arxasında rahat danışır, çünki məsuliyyət daşımır, o hisləri yoxdur".

Ərdoğan deyib ki, mayın 14-dəki seçkidə xalq bu gün onu tənqid edənlərə layiqli cavab verəcək.

E. ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər