18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Finlandiya və İsveçin NATO-ya üzvlüyü ləngiyəcək
Tarix: 02-03-2023 19:32 | Bölmə: Dünya
Finlandiya və İsveçin NATO-ya üzvlüyü ləngiyəcək

Finlandiya və İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası ilə bağlı səsvermə Macarıstan parlamentində təxminən iki həftə gecikəcək. Reyting.az xəbər verir ki, bu barədə Macarıstan KİV-ləri məlumat yayıb.

Bildirilir ki, Macarıstanın hakim “Fides” partiyası Finlandiya və İsveçin NATO-ya üzvlüyü məsələsi ilə bağlı yekdil qərar verməyib. Partiya rəhbərliyi NATO-nun genişlənməsi məsələsini martın 20-dən başlayaraq həftə ərzində müzakirə etməyi təklif edir.

Eyni zamanda, hakim partiya "bütün mübahisələri həll etmək" üçün Finlandiya və İsveçə nümayəndə heyəti göndərmək niyyətindədir. “Fides” fraksiyasının lideri Mate Kocsis bildirib ki, İsveç və Finlandiya Macarıstanı kobud və əsassız şəkildə təhqir etdiyinə görə mübahisənin həlli zəruridir.

Qeyd edək ki, bir gün əvvəl Macarıstanda İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı parlament müzakirələri keçirilib. Macarıstanın Mi Hazank (Bizim Vətən) partiyasının nümayəndəsi Elod Novak bildirib ki, fraksiya NATO-nun genişlənməsinə veto qoymağı təklif edir, çünki bu, təxribat və dünya müharibəsinə doğru addım olardı.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər