18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Mansur Yavaş telefonu Maral Akşenerin üzünə qapadıb? - İYİ Partiya lideri gərginlik yaradıb
Tarix: 03-03-2023 15:15 | Bölmə: Dünya
Mansur Yavaş telefonu Maral Akşenerin üzünə qapadıb? - İYİ Partiya lideri gərginlik yaradıb

Xəbər verdiyimiz kimi, dünən müxaliflərin seçki bloku olan "6-lı Masa"nın prezidentliyə vahid namizədi ilə bağlı keçirilən toplantı nəticəsiz bitib. Daha doğrusu, partiyalar vahid namizədlə seçkiyə qatılmağı vacib sayan bəyanat imzalasa da, onun kimlyini açıqlamağı martın 6-na saxlayıblar. Bu isə Türkiyə siyasətində xeyli gərginlik yaradıb.

Reyting.az
-ın məlumatına görə, xüsusiylə İYİ Partiyanın sədri Maral Akşener İstanbul şəhər bələdiyəsinin sədri Əkrəm İmamoğlunun üzərində dayanması partiya liderləri arasında gərginliyə səbəb olub.

Haberler.com yazır ki, bəzi iddiaların əksinə olaraq, Akşener müzakirədə Ankara şəhər bələdiyyəsinin sədri Mansur Yavaşla bağlı bir kəlmə belə söz açmayıb: "O, İmamoğlu ilə bağlı müzakirə açıb və sonadək onun namizədliyi üzərində dayanıb. Təsadüfi deyil ki, o, toplantıdan sonra Əkrəm İmamoğluna zəng edib, tərəflər telefonda uzun müzakirə aparıblar. Hərçənd, bu gün İmamoğlu namizədliyi barədə gedən xəbərləri guya internetdən öyrəndiyini deyib. O, hətta axşam tez yatdığını və toplantı ilə bağlı xəbərləri ancaq bu gün səhər detallı izlədiyini bildirib. Əkrəm bəy, əslində, yalan deyir. O, gecəylə Maral xanımla müzakirə aparıb".

Saytın xəbərinə görə, gecənin əsl sensasiyası Mansur Yavaşla bağlı olub: "Mansur bəy gecə ilə məsələdən xəbərdar olub. O, hətta "məni boş-boşuna ümidləndirdiər",- deyə etiraz da edib. Bu söhbətdən bir az sonra Maral Akşener ona da zəng edib. Böyük ehtimalla Əkrəm İmamoğlu ilə müzakirələrdən sonra Mansur Yavaşı arayıb. Ancaq o, İmamoğlundan gördüyü isti münasibəti Yavaşdan görməyib. Mansur Yavaş ona üz vermədən təşəkkür edərək telefonu qapadıb.

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər