23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Putin Paşinyanla bölgədəki vəziyyəti müzakirə edib
Tarix: 13-03-2023 14:18 | Bölmə: Dünya
Putin Paşinyanla bölgədəki vəziyyəti müzakirə edib

Rusiya prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış bəyanatların kompleks şəkildə həyata keçirilməsinin praktiki aspektləri müzakirə olunub. Bundan başqa, tərəflər Ermənistan ilə Azərbaycan arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, sülh müqaviləsinin hazırlanması məsələsini də müzakirə ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}