18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ərdoğanın müavini Türkiyənin bölünməsini tələb edən partiya lideri ilə görüşüb - Foto (Yenilənib)
Tarix: 13-03-2023 18:42 | Bölmə: Dünya
Ərdoğanın müavini Türkiyənin bölünməsini tələb edən partiya lideri ilə görüşüb

Ərdoğanın lideri olduğu AK Partiya mənsubları Türkiyənin federal hissələrə bölünməsini və "Türk milləti" sözünü bütün rəsmi qanunlardan silinməsini tələb edən HUDA PAR partiyasının mərkəzi qərargahını bu gün ziyarət edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə AK Partiya məlumat yayıb.

Bildirilir ki, mayın 14-də prezident Ərdoğanı dəstəkləyəcəyini açıqlayan partiyanın mərkəzi qərargahına Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti gedəcək: "Kurtulmuş və heyət HUDA PAR rəhbərləri ilə seçki məsələsini və birgə hərəkət planlarını müzakirə edəcəklər".

***

AK Partiya sədr müavini Numan Kurtulmuş HUDA PAR-ı ziyarət edib.

Reyting.az
xəbər verir ki, görüşdən sonra açıqlama verən Kurtulmuş deyib ki, onları bir araya gətirən ortaq prinsipləridir: "Fikirlərimizi bu gün paylaşdıq, yekun qərarın necə olacağı barədə yaxın günlərdə paylaşacağıq."

HÜDA PAR sədri Zekariya Yapıcıoğlu isə bildirib ki, prezident seçkilərində Ərdoğana dəstək verəcəklər: "Biz parlament seçkilərinə də birlikdə qatılmaq məsələsində anlaşdıq. Detallar irəlidə müəyyən edəcəyik.

E. ARAZ






Bölməyə aid digər xəbərlər
bütün xəbərlər