18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Fiziki və hüquqi şəxslərə qarşı sanksiyaların müddəti uzadılıb
Tarix: 13-03-2023 19:49 | Bölmə: Dünya
Fiziki və hüquqi şəxslərə qarşı sanksiyaların müddəti uzadılıb

Avropa İttifaqı 1500 fiziki, 205 hüquqi şəxsə şamil edilmiş sanksiyaların bütün blokunu növbəti dəfə altı ay uzadıb. Bu, Rusiyaya qarşı sanksiyalar çərçivəsində Ukraynanın ərazi bütövlüyünə xələl gətirmək iddiası ilə tətbiq olunub.

Reyting.az
xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının bazar ertəsi dərc olunmuş bəyanatında deyilir.

Qeyd olunur ki, Aİ Şurası Rusiyanın 1500-ə yaxın fiziki və 205 hüquqi şəxsinə qarşı məhdudlaşdırıcı tədbirlərin siyahısını daha altı ay uzadıb.

Qərar müzakirəsiz qəbul edilib.

Xatırladaq ki, Aİ 2014-cü ilin martında Rusiya üçün “qara siyahı” yaratmağa başlayıb və onu hər altı aydan bir altı ay müddətinə uzadıb. Bu siyahıda olan bütün şəxslərin icma ərazisinə daxil olması qadağandır. Eyni zamanda onların Aİ-dəki maliyyə aktivləri dondurulur və Avropanın biznes dairələrinin onlarla hər hansı əlaqə saxlaması qadağandır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər