Moldova üçün təhlükəli vəziyyət yaranıb
Tarix: 14-03-2023 00:05 | Bölmə: Dünya
Moldova üçün təhlükəli vəziyyət yaranıb

Rusiya Federasiyası Moldovanı yüksək risklərlə üz-üzə qoyub, lakin Kişinyov bu təhlükə və çağırışlara qarşı durmaq qabiliyyətindədir. Reyting.az xəbər verir ki, belə bir qənaətə Avropa İttifaqı (Aİ) gəlib.

Xarici KİV-lərin məlumatına görə, Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano Brüsseldə jurnalistlərə deyib ki, Moldova Rusiyanın Ukraynaya qarşı hərəkətləri ilə bağlı ən çox mənfi təsirə məruz qalan ölkələrdən biridir.

“Son aylar Rusiyanın Moldovaya qarşı hərəkətlərində artım müşahidə olunur: xarici müdaxilə, dezinformasiya, hibrid hücumlar. Bunun məqsədi bəllidir - ölkədə sabitliyi pozmaq, islahatlara və korrupsiyaya qarşı mübarizəyə yönəlmiş Moldova hökumətini şübhə altına almaq”,- Stano əlavə edib.

Aİ nümayəndəsi Moldovanın bu təhdid və çağırışların öhdəsindən gələcəyinə əmindir. O, Aİ-nin “müqavimət göstərmək qabiliyyətini gücləndirməkdə Moldovaya dəstəyini davam etdirəcəyini” vurğulayıb.

Stano Aİ-nin Moldovaya mülki məsləhət missiyası göndərməyi nəzərdən keçirdiyini təsdiqləyərək deyib ki, bu, hələ üzv dövlətlər tərəfindən razılaşdırılmayıb.

Onu da qeyd edək ki, missiya Moldovanın sabitliyini və təhlükəsizliyini dəstəkləmək üçün nəzərdə tutulub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}