Kosovo probleminin həlli planı hazıdır
Tarix: 15-03-2023 08:37 | Bölmə: Dünya
Kosovo probleminin həlli planı hazıdır

Avropa İttifaqı Kosovo münaqişəsinin nizamlanması üzrə planın qəbul olunduğunu açıqlayıb.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə tərəflərlə görüşdən sonra Avroittifaqın Belqrad və Priştina dialoqu üzrə həmsədri Miroslav Layçak bəyan edib.

Aİ rəsmisinin sözlərinə görə, hazırda yalnız nizamlanmanın reallaşdırılması proqramını təsdiqləmək qalır:

“Fevralın sonunda tərəflərlə görüşdük və belə bir razılığa gəldik ki, bizim Aİ-nin saytında dərc edilmiş təkliflərimizin mətnini daha müzakirə etməyə ehtiyac yoxdur”.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}