23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Nazir niyə silah gəzdirir? - "Özümü və ailəmi qorumaq haqqım var" - Foto
Tarix: 15-03-2023 11:39 | Bölmə: Dünya
Nazir niyə silah gəzdirir? - "Özümü və ailəmi qorumaq haqqım var"

Polşanın ədliyyə naziri Zbiqnev Ziobro belində silahla görünməsinə aydınlıq gətirib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, Polşada mədən qəzasında həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyarkən belindəki "Glock" markalı silah görüntülərinin yayılmasına izahat verən nazir bildirib ki, o, illər əvvəl mafiya tərəfindən təhdid olunub:

"Bəli, illər əvvəl bir cinayət təşkilatı lideri məni təhdid etdiyi üçün qanuni yolla silah aldım. Hər bir vətəndaş kimi, mənim də özümü və ailəmi qorumaq hüququm var”. 

Məlumata görə, ədliyyə nazirinin silahla gəzməsi faktına ölkənin baş naziri də reaksiya verib. Baş nazir Mateusz Moraviecki Ziobronun "hər bir vətəndaş kimi silah ala biləcəyini" deyərək, onun açıqlamasını yetərli sayıb.

AZƏR
Reyting.az






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}