Türkiyədə güclü daşqın olub, ölənlər və itkin düşənlər var - Yenilənib
Tarix: 15-03-2023 14:00 | Bölmə: Dünya
Türkiyədə güclü daşqın olub, ölənlər və itkin düşənlər var

Türkiyənin Şanlıurfa və Adıyaman əyalətlərində güclü daşqınlar baş verib. Nəticədə 5 nəfərin öldüyü və itkin düşənlərin olduğu bildirilir.

Reyting.az
Türkiyə KİV-lərinə istinadla bildirir ki, Şanlıurfa vilayətində leysan yağışlar daşqınlara səbəb olub, xəstəxananı su basıb, məktəblərdə dərslər dayandırılıb.

***

Türkiyənin zəlzələ bölgəsində güclü yağışlar nəticəsində yaranan sel nəticəsində həlak olanların sayı artıb.


NTV xəbər verir ki, Adıyamanda konteyneri sel aparıb, 2 nəfər ölüb, 1 nəfər itkin düşüb.

Şanlıurfada isə 10 nəfər həyatını itirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}