18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
ABŞ-ın Baş Qərargah rəisi rusiyalı həmkarı ilə danışmaq istəyir
Tarix: 16-03-2023 00:48 | Bölmə: Dünya
ABŞ-ın Baş Qərargah rəisi rusiyalı həmkarı ilə danışmaq istəyir

Qara dəniz səmasında Amerika pilotsuz təyyarəsi ilə bağlı insidentdən sonra ABŞ Baş Qərargahının rəhbəri Mark Milley Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla danışmaq niyyətində olduğunu bildirib. Reyting.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Milley çərşənbə günü keçirilən mətbuat konfransında deyib ki, həmkarı Gerasimovla danışmağı planlaşdırıb.

Xatırladaq ki, martın 14-də Qərb mediası Qara dəniz üzərində Amerika PUA-sı ilə Rusiya qırıcısının toqquşduğunu yazıb. Bundan sonra Rusiya Müdafiə Nazirliyi ABŞ istehsalı olan MQ-9 pilotsuz təyyarəsinin Qara dənizə düşdüyünü təsdiqləyib.

Nazirlik bildirib ki, pilotsuz təyyarə Krım yarımadası yaxınlığında hava məkanından istifadə qaydalarını pozub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər