16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
ABŞ Rusiya ilə əlavə gərginliyə səbəb görmür
Tarix: 16-03-2023 23:23 | Bölmə: Dünya
ABŞ Rusiya ilə əlavə gərginliyə səbəb görmür

ABŞ Qara dəniz üzərində pilotsuz təyyarə insidentdən sonra Rusiya ilə eskalasiyanı qaçılmaz hesab etmir. Reyting.az xəbər verir ki, bu barədə cümə axşamı növbəti onlayn brifinqdə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

C. Kirbi deyib ki, Suriyada və Avropada Rusiya ilə münaqişənin aradan qaldırılması üçün kanalları var və onların açıq qalmasını istəyirlər. “Biz onlardan istifadə edirik. Münaqişənin eskalasiyaya çevrilməsi üçün heç bir səbəb yoxdur. Biz Rusiya ilə münaqişə axtarmırıq”,- deyə Ağ evin nümayəndəsi əlavə edib.

ELÇİN





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}