Çexiyada kütləvi aksiyalar keçirilir
Tarix: 29-03-2023 20:39 | Bölmə: Dünya
Çexiyada kütləvi aksiyalar keçirilir

Çexiyada hökumət binası yaxınlığında etiraz aksiya keçirilib. Ölkə metallurqlarını birləşdirən ən böyük həmkarlar ittifaqının təşkil etdiyi aksiyada Nazirlər Kabineti hazırkı pensiya yaşı həddinə “toxunmamağa” və onu aşağı salmağa çağrılır. Reyting.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Aksiya iştirakçılarının müraciətində deyilir: “Biz pensiya yaşının 68-ə qaldırılması ilə razılaşmırıq. Hökuməti indiki yaş həddinə toxunmamağa, əksinə, çətin peşələrdə çalışan işçilər üçün onu aşağı salmağa çağırırıq. 30 ildir ki, müxtəlif hökumətlər bizə bunu vəd edir, amma heç bir iş görülmür. Biz, həmçinin nazirləri bütün siyasi partiyaların və bu sahədə ekspertlərin iştirakı ilə pensiya islahatı ilə bağlı müzakirəyə başlamağa çağırırıq”.

Nazirlər Kabinetinin qarşısındakı meydanda keçirilən aksiyada təxminən 1,5-2 min metallurq iştirak edib.

Onu da qeyd edək ki, Fransada oxşar tələblər şiddətli etirazlara və qarşıdurmalara səbəb olub.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}