18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Baş nazir rəsmi iqamətgahda əylənən oğlunu vəzifədən çıxarıb
Tarix: 30-05-2023 19:54 | Bölmə: Dünya
Baş nazir rəsmi iqamətgahda əylənən oğlunu vəzifədən çıxarıb

Yaponiyanın baş naziri Fumio Kişida oğlu Şotaro Kişidanı baş nazirin iqamətgahında ziyafət təşkil etdiyi üçün istefaya göndərib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, Fumio Kişida oğlunun hərəkətini məsuliyyətsizlik adlandırıb.

O, siyasi məsələlər üzrə müşavir olan böyük oğlu Şotaro Kişidanın iqamətgahda keçirilən ziyafətdən çəkilən fotolarının ictimaiyyətdə böyük əks-səda doğurmasını təbii qəbul etdiyini deyib:

"Oğlum bunun cəzasəını çəkəcək. O, ayın 1-dən vəzifəsində olmayacaq. Üstəlik, ona il sonu üçün verilən mükafatlar da geri alınacaq".

Məlumatda o da deyilir ki, baş nazirin istefaya göndərilən oğlunun yerinə Takayoşi Yamamoto təyin edilib.

Məlumat üçün qeyd edək ki, baş nazir ötən il oktyabrın 4-də 31 yaşlı oğlu Şotaro Kişidanı özünə siyasi məsələlər üzrə katib təyin etmişdi.

E. ARAZ




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər