16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ərdoğan Avropa Siyasi Birliyinin sammitində iştirak etməyəcək
Tarix: 31-05-2023 18:00 | Bölmə: Dünya
Ərdoğan Avropa Siyasi Birliyinin sammitində iştirak etməyəcək

Bu yaxınlarda yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan iyunun 1-də Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etməyəcək.

Reyting.az
xəbər verir ki, bu barədə “Politico” sammitin hazırlanmasında iştirak edən üç rəsmi şəxsə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Ərdoğan yeni Nazirlər Kabinetinin tərkibini iyunun 2-də elan etməlidir, andiçmə mərasimi isə növbəti günə planlaşdırılıb.

Avropa Siyasi Birliyinin sammitinə Avropa İttifaqının 27 ölkəsi, Böyük Britaniya, Türkiyə və Qərbi Balkan regionunun 6 ölkəsi daxil olmaqla, 40 Avropa ölkəsinin liderləri dəvət olunub(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}