16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ağ ev Rusiyaya zərbə endirilməsinin əleyhinədir
Tarix: 31-05-2023 23:47 | Bölmə: Dünya
Ağ ev Rusiyaya zərbə endirilməsinin əleyhinədir

Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi çərşənbə günü keçirdiyi brifinqdə ABŞ-ın Rusiyada hərbi əməliyyatların aparılması ilə bağlı mövqeyinə bir daha aydınlıq gətirib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Kirbinin sözlərinə görə, ABŞ Ukraynaya hansı hədəfləri vurub-vurmamağı, Ukraynaya necə döyüşməli olduğunu demir.

Kirbi deyib ki, ABŞ Ukraynaya təlimlər, avadanlıqlar, məsləhətlər versə də, hərbi baxımdan nə edəcəklərinə qərar verən prezident Zelenski və hərbi rəhbərlikdir.

Bununla belə, Kirbi əlavə edib ki, ABŞ həm özəl, həm də açıq şəkildə ukraynalılara bildirib ki, onlar Rusiya daxilində hücumları dəstəkləmirlər və onların Amerika silahlarından istifadə etməklə həyata keçirilməsini istəmirlər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}