Dəmirtaş: “Prezidentliyə namizədliyimi vermək istədim, ancaq imkan vermədilər"
Tarix: 01-06-2023 15:07 | Bölmə: Dünya
Dəmirtaş: “Prezidentliyə namizədliyimi vermək istədim, ancaq imkan vermədilər"

Dünən xüsusi bəyanat yayaraq aktiv siyasətdən çəkilən HDP-nin həbsdə olan sabiq həmsədri Səlahəddin Dəmirtaş yenə HDP rəhbərliyini tənqid edib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki Səlahəddin Dəmirtaş bu gün dərc olunan müsahibəsində HDP-nin prezidentliyə namizədi kimi 14 may seçkilərinə qatılmaq istədiyini deyib.

O bildirib ki, təmsil olunduğu partiyanın hazırkı rəhbərliyi ona bu imkanı da tanımayıb: "Mən prezidentliyə namizəd olmağa hazır olduğumu və o mərhələdə seçkini ikinci tura keçirə biləcəyimiz təqdirdə, demokratik addımlarla daha çox töhfə verəcəyimizi izah elədim, ancaq qəbul etmədilər. Halubki, mənim namizəd olmağəm səsləriimizi artıra bilərdi, bununla da parlamentdə də daha çox deputatla gedə bilərdik. Ancaq dediyim ki, heç bir əsas olmadan partiyam bu tələbimi rədd etdi. Səbəbini hələ bilmirəm".

Səlahəddin Dəmirtaş deyib ki, aktiv siyasətdən çəkilsə də, HDP-dən istefa vermə\k niyyətində deyil.

E.ARAZ




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}