14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Krım körpüsü dağıla bilər - Fotolar
Tarix: 01-06-2023 19:23 | Bölmə: Dünya
Krım körpüsü dağıla bilər

Krım körpüsünün dayaqlarında çatlar əmələ gəlib. Bu barədə Rusiyanın Telegram kanalları məlumat yayıb.

Reyting.az
xəbər verir ki, Krım körpüsünün strukturunun zədələnməsini əks etdirən fotolar da dərc edilib.

Fotoları sosial şəbəkəyə Sergey Sternenko adlı şəxs yerləşdirib.

Bununla aydın olur ki, Kerç boğazından keçən yolu saxlayan iki sütunda iki şaquli çat əmələ gəlib. Çatlar sütunların bütün uzunluğunu əhatə edirlər.

Qeyd edək ki, ötən ilin oktyabrında Krım körpüsündə güclü partlayış baş verib və tikiliyə ciddi ziyan dəyib. O cümlədən yolun bir neçə hissəsi dağılıb və dəmir yolu relsləri əriyib.

Rusiya Federasiyası yük maşınının partlaması nəticəsində körpünün zədələndiyini bildirib, president Putin hadisəni “terror hücumu” adlandırıb və Ukraynanı ittiham edib.

Dekabrda Rusiya prezidenti Krım körpüsünə baş çəkib və guya öz avtomobili ilə körpüdən keçib. O, oktyabrda baş verən partlayışlardan sonra strukturun bərpası barədə məlumat verib. Britaniya kəşfiyyatı isə bildirib ki, Rusiya Federasiyası Kerç körpüsünü maskalamağa çalışır. Bunun üçün tüstü pərdəsindən istifadə edildiyi bildirilir.

Onu da qeyd edək ki, hazırda müharibə gedir və Krım körpüsü Rusiya üçün böyük əhəmiyyətə malikdir. Ukrayna ordusunun mümkün əks-hücum kampaniyası fonunda körpünün vəziyyətinin ürəkaçan olmaması Rusiyaya ciddi problemlər yarada bilər.




ELÇİN




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}