Ərdoğan bütün nazirləri yola salır: "Yeni şəxslərlə yola davam edəcəyik"
Tarix: 01-06-2023 20:33 | Bölmə: Dünya
Ərdoğan bütün nazirləri yola salır: "Yeni şəxslərlə yola davam edəcəyik"

Mayın 28-i bazar günü keçirilən seçkilərin ikinci turunda qalib gələn prezident Ərdoğan cümə günü Türkiyə Böyük Millət Məclisində and içəcək.

Reyting.az
CNN Türk-ə istinadla xəbər verir ki, həmin günü də hökumətin yeni tərkibinin elan olunacağı gözlənilir.

"CNN Türk" telekanalına açıqlama verən jurnalist Əbdülkadir Selvinin sözlərinə görə, Ərdoğan bu dəfə hazırkı nazirlərin heç birinə vəzifə verməyəcək:

"Prezident dünən indiki hökumət üzvləri ilə keçirdiyi iclasda çox açıq şəkildə hamısına "siz artıq millət vəkilisiniz. Parlament bizə indi çox vacib olduğundan heç biriniz deputat mandatından imtina edərək, nazir təyinatı gözləməyin", - deyib. Beləliklə, bütün nazirlər o iclasdan depressiya ilə ayrılıblar. Bildiyimə görə, prezident onlara "hökumətdə artıq yeni şəxslərlə yola davam edəcəyik",- deyib".

Xatırladaq ki, buna qədər Türkiyə mətbuatında Daxili işlər naziri Süleyman Soylu, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli müdafiə naziri Hulusi Akar kimi bəzi nazirlərin deputatlıqdan istefa verərək, yenidən nazir kimi işləyəcəkləri barədə xəbərlər yayılıb.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}