16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rusiya Baxmut döyüşlərində 60 min itki verib
Tarix: 01-06-2023 23:04 | Bölmə: Dünya
Rusiya Baxmut döyüşlərində 60 min itki verib

Rusiya Ukraynanın şərqindəki Baxmut şəhərini ələ keçirmək üçün 60 mindən çox əsgər itirib.

Reyting.az
“Sky News”a istinadla xəbər verir ki, bunu cümə axşamı jurnalistlərə adının açıqlanmasını istəməyən Qərb rəsmilərindən biri deyib.

Onun təxminlərinə görə, Baxmutun tutulması, yəqin ki, Rusiyaya bir il davam edən döyüş zamanı Baxmut-Popasnaya sektorunda ən azı 60 min itkiyə başa gəlib. O, bu siyahıya həm yaralıların, həm də ölənlərin ümumi sayının daxil olduğunu bildirib. Rəsmi əlavə edib ki, onlardan ən azı üçdə biri ölüb.

Qərb rəsmisi iddia edir ki, Ukrayna ilə müharibədə Rusiyanın ümumi itkiləri 200 mini ötüb.

Onu da qeyd edək ki, mayın 21-nə keçən gecə Rusiya Müdafiə Nazirliyi aylarla davam edən hücumdan sonra Baxmutun tutulduğunu bildirib. Ukrayna tərəfi isə ordunun Baxmutun bir hissəsinə nəzarəti davam etdirdiyini iddia edir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}