16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Meksikada dünyanı sarsıdan hadisə: 45 torbada insan cəsədləri tapılıb - Foto
Tarix: 02-06-2023 15:06 | Bölmə: Dünya
Meksikada dünyanı sarsıdan hadisə: 45 torbada insan cəsədləri tapılıb

Meksikada itkin düşmüş şəxslərlə bağlı aparılan axtarış əməliyyatları zamanı sensasiyalı faktlar ortaya çıxıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, axtarış əməliyyatları zamanı uçurumun kənarında insan cəsədləri ilə dolu olan 45 torba tapılıb.

Məlumata görə, Meksikanın Xalisko əyalətində itkin düşdüyü bildirilən 7 çağrı mərkəzi işçisi haqqında prokurorluğun başlatdığı istintaq çərçivəsində bölgədə geniş axtarışa start verilib.

Axtarış zamanı tapılan 45 ədəd qara torbadan insan cəsədləri çıxıb. Tapılan cəsəd hissələri qadın və kişilərə aiddir. Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.

Bölgənin çətin relyef şəraitinə baxmayaraq, cəsədlərin bura kimlər tərəfindən necə gətirilməsi də şoxsaylı suallar yaradıb.

İstintaq ərazidə axtarışları davam etdirir.

E. ARAZ
Reyting








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}