18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
“Qoy, Putinə zəng etsin”- Kiyev Orbanın açıqlamalarına reaksiya verib
Tarix: 02-06-2023 18:57 | Bölmə: Dünya
“Qoy, Putinə zəng etsin”- Kiyev Orbanın açıqlamalarına reaksiya verib
Viktor Orban

Macarıstanın baş naziri Viktor Orban yenidən Rusiyanın Ukraynadakı müharibəsi barədə danışmaq qərarına gəlib. O, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı başlamazdan əvvəl Kiyev və Moskva arasında danışıqların aparılmasının tərəfdarı olduğunu açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri əks-hücum hazırlayır, bu, “ukraynalıların işidir”, lakin o, “il yarım hərbi təcrübəsi olan şəxs” kimi bilir ki, hücuma keçən tərəf bundan əziyyət çəkir. Çünki üç dəfə çox itki verir.

Ukrayna rəsmiləri isə Viktor Orbanın ictimai mövqeyinin növbəti dəfə Avropa İttifaqının dəyərlərini və ümumən beynəlxalq hüququ təhqir etdiyini düşünür.

Reyting.az xəbər verir ki, Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Macarıstanın baş naziri Viktor Orbana Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edərək, rus işğalçı qoşunlarının Ukraynanın bütün ərazisindən çıxarılmasını tələb etməyi tövsiyə edib.

“Bu, Avropanın şüurlu şəkildə alçaldılması və Rusiyanın terror hərəkətləri ilə razılaşmaqdır. Bu, təcavüzkarın şüurlu şəkildə bəraət qazanması və Ukraynanın, eləcə də Avropanın məhvini davam etdirməyə təşviqdir”,- Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri vurğulayıb.

M. Podolyak əlavə edib ki, Macarıstanın əks-hücum hərəkətləri ilə Ukraynanın öz ərazilərini və xalqını geri qaytardığını anlamasının vaxtıdır: “Bu, ədalətli və zəruridir. Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri təmin olunmalıdır. Rus qoşunları çıxarıldıqdan sonra müharibə başa çatacaq, daha itki və ölüm olmayacaq. Yalnız işğalçının silahlı kontingentinin və texnikasının tam hüquqlu çıxarılması müharibənin başa çatması üçün ilkin şərtdir. Orbanın Rusiyaya oxşar çağırışlarını eşidən varmı?”.

Öz növbəsində, Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko bildirib ki, sülh danışıqları yalnız Rusiya qoşunları Ukrayna ərazisindən tamamilə çıxarıldıqdan sonra mümkün ola bilər:

“Bu şərt yerinə yetirilmədən atəşkəs status-kvonun dondurulmasına gətirib çıxaracaq, Rusiyaya yenidən qruplaşmaq, güc toplamaq və yeni təcavüz dalğasına əl atmaq imkanı verəcək. Bu, 2014-2022-ci illərin təcrübəsi ilə sübut olunub”.

O. Nikolenko bildirib ki, Rusiyanın Ukrayna şəhərlərinə gündəlik raket və dron hücumları Moskvanın müharibəni davam etdirməkdən başqa başqa ssenarilər düşünmədiyini sübut edir:

“Eyni zamanda, Viktor Orbanın Aİ-də sülh tərəfdarı olan yeganə baş nazir olmasının çətin olduğu barədə bəyanatını nəzərə aldıq. Bu vəziyyəti yüngülləşdirmək üçün biz Macarıstan hökumətinin başçısını nəhayət tədbir görməyə çağırırıq. Məsələn, Rusiyanın təcavüzünü pisləmək, Moskvadan müharibəni dayandırmağı və Rusiya ordusunu Rusiya ərazisinə qaytarmağı tələb etmək, Rusiyanın beynəlxalq təcrid tədbirlərinə qoşulmaq və Aİ-də birliyi pozmamaq tələb olunur”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər