ABŞ Rusiyanı nüvə silahları ilə bağlı müzakirəyə dəvət edəcək
Tarix: 02-06-2023 20:52 | Bölmə: Dünya
ABŞ Rusiyanı nüvə silahları ilə bağlı müzakirəyə dəvət edəcək

ABŞ ilkin şərt olmadan Moskvaya nüvə silahlarına nəzarət üzrə dialoqa açıq olduqlarını çatdıracaq. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Ağ evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Cümə günü Silahlara Nəzarət Assosiasiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bayden administrasiyası yeni strukturun yaradılması ilə bağlı danışıqlarda maraqlıdır.

“The Independent” yazır ki, Vaşinqton Rusiyanın START-da iştirakını dayandırmaq qərarına cavab olaraq əks tədbirlər görsə də, ilkin şərt olmadan nüvə silahlarına nəzarət çərçivəsi üzrə Moskva ilə danışıqlara hazırdır.

Məlumata görə, Rusiya müqaviləyə əməl edəcəyi təqdirdə ABŞ da müqaviləyə sadiqliyini davam etdirəcək.

Onu da qeyd edək ki, Çinin artan nüvə gücü də ABŞ-ı narahat edir. Amerika Alimlər Federasiyasının illik araşdırmasına görə, hazırda Çində 410 nüvə başlığı var. Pentaqon ötən ilin noyabrında hesablamışdı ki, Çindəki döyüş başlıqlarının sayı onilliyin sonunda 1000-ə, 2035-ci ilə qədər isə təxminən 1500-ə çata bilər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}