14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Beynəlxalq konfransda doktoru döyüblər: "Əclaf, həyat yoldaşımı zorlamısan"
Tarix: 05-06-2023 09:49 | Bölmə: Dünya
Beynəlxalq konfransda doktoru döyüblər: "Əclaf, həyat yoldaşımı zorlamısan"

ABŞ-ın Baltimor şəhərində ginekoloqların konfransında qalmaqal yaşanıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, beynəlxalq konfransda qəfildən peyda olan adam tribunada məruzə ilə çıxış edən doktor Ulyam Burkeyə hücum edib.

O, konfrans iştirakçılarının gözləri qarşısında həkimi şilləlləyərək deyib:

“Mən sənin həyat yoldaşıma nə etdiyini bilirəm. Əclaf, 7 il əvvəl həyat yoldaşımı zorlamısan. Nyu-Yorkdakı olayı bilirsən, əclaf. Mən 7 il səni əzmək üçün bu anı gözlədim. Həyat yoldaşım bu hadisəyə görə 7 ildir əzab çəkir".

O, həkimi döydükdən sonra elə həyat yoldaşı ilə birgə konfrans zalını tərk edib.

Məlumata görə, doktor şillələnsə də, adı bəlli olmayan şəxsə nə müqavimət göstərib, nə də cavab verib.

Yerli polis hadisəni təsdiqləyib və bildirib ki, faktla bağlı şikayət edən tərəf olmayıb.

Amerika Mamalıq və Ginekologiya Universiteti hadisə ilə bağlı araşdırma başlandığını açıqlayıb.

Həkimin işlədiyi Stony Brook Universitetinin Tibb Mərkəzi də hadisə ilə bağlı rəsmi araşdırma aparır.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}