Hikmət Hacıyev Niderland səfiri ilə görüşüb - Foto
Tarix: 26-11-2025 18:41 | Bölmə: Gündəm
Hikmət Hacıyev Niderland səfiri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Niderland səfiri Marian De Yonq ilə görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyi “X”-də paylaşım edib.

Görüşdə regional məsələlər, Avropa İttifaqı ilə siyasi-iqtisadi əməkdaşlıq mövzuları müzakirə edilib.

Eyni zamanda Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.





Bölməyə aid digər xəbərlər